Kenshido's blog

Kenshido
39, Mount Kapaz, Αζερμπαϊτζάν

Ağciyərin quruluşunu nəzərdən keçirdiyiniz zaman oksigenlə karbondioksidi qovuşdurmaq üçün plan­laşdırılmış qüsursuz bir sistemlə qarşılaşacaqsı­nız.
Ağciyərin içinə hər biri iynə ucundan da kiçik olan 300 milyondan artıq kisəcik (alveol) yerləşdirilib. Ki­səciklərin hər birinin diametri 0,25 mm qədərdir. Bütün bu kisəciklərin səthinin ümumi sahəsi he­sablananda ortaya fövqəladə bir rəqəm çıxır. Bir in­sanın ağciyərinin səthinin sahəsi təxminən 70-100 kvadratmetrdir. Belə bir böyük səthin bu qədər kiçik bir həcmə sığışdırılması ağciyərlərdəki qüsursuz la­yihənin nəticəsidir.
Hər dəfə nəfəs aldığınız zaman həmin 300 milyon kisəciyin içi hava ilə dolur. Bu kisəciklərin daxili səthində kapilyarlar var. Balonlar hava ilə dolanda kapilyar­larda olan qandakı karbondioksid havada olan oksigen atomları ilə…


Mədəaltı vəzi yalnız həzm prosesini dərk etməklə ki­fayətlənmir, həm də yediyiniz yeməklərin növlərini bilir. Yediyiniz müxtəlif yeməklərə görə fərqli həzm maddələri hasil edir. Məsələn, makaron, çörək ki­mi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi enzim karbohidratları parçalamaq xüsusiyyətinə malikdir. Bu qidalar onikibarmaq ba­ğırsağa çatanda mədəaltı vəzi karbohidratları parça­lamaq xüsusiyyətində olan «amilaza» adlı enzim hasil edir.
Əgər siz ət, balıq və ya toyuq kimi qidalar yesəniz, mədəaltı vəzi proteinli qida qəbul etdiyinizi dərhal bi­lir. Həmçinin bu qidalar onikibarmaq bağırsağa çat­dığı zaman bu dəfə proteinləri parçalamaq üçün «tripsin, kimotripsin, karboksipeptidaza, ribonukleaza və dezoksiribonukleaza» kimi müxtəlif enzimlər hasil edir və bu enzimlər protein…


İnsanlarda kitab kimidirlər. Bəziləri çətin başa düşülür, onları dərk etmək üçün gərək dəfələrlə oxuyasan, yəni xasiyyətinə bələd olasan. Bəzilərini ümumilikdə oxumağa dəyməz, onları kənara qoymaq lazımdır, yəni dostluğa münasib hesan etməyib uzaqlaşasan. Bəzilərin isə qabığı qalın, bəzilərinin isə nazik və zərif olar, yəni bəziləri çətinliklərə davamlı, bəziləri isə zəif olar.
Bəziləri keyfiyyətli, bəziləri isə ucuz kağızdan çap olunar, yəni bəziləri etmad olunmalı və dostluğa yararlı, bəziləri isə etibarsız və xain olar. Bəziləri tərcümə olunmuş kağıza bənzər, bəzilərinin isə təsvirə ehtiyacı duyular, yəni bəziləri özlərini təqdim etdikdən sonra tanınar, bəziləri özlərini nə qədər tanıtsalar da,yenə sirli olaraq qalarlar. Bəziləri maraqlı kitablartək…


Dahi fizik Albert Eynşteynin həyatda uğur qazanmağın yolları ilə bağlı maraqlı qənaətləri var. Kulis.az Türkiyənin "Milliyyet” qəzetinə istinadən Eynşteynin qənaətlərini təqdim edir.
1. Maraqlarınızın arxasınca gedin.

"Mənim xüsusi istedadım yoxdur. Ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm”.

Sizin diqqətinizi çəkən nədir? Ən çox nəylə maraqlanırsınız? Mənim diqqətimi çəkən şey bəzi insanların uğur qazanması, bəzilərinin isə uğursuzluğa uğramasıdır. Bu səbəbdən də illər uzunu uğur qazanmaq üçün çalışdım. Maraqlarınızın arxasınca getsəniz, siz də uğur qazanacaqsınız.

2. İradə az şey deyil.

"Çox istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə uğur qazandım”.

Müəyyənləşdirdiyiniz yolun sonuna kimi getməyə səbriniz çatacaqmı? Markalar məktubun ünvanına qədər üstünə yapışdıqları üçün dəyərlidir.…


Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.

Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun…


Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi.
 (Bəqərə surəsi, ayə 69)

Bəqərə surəsinin yuxarıdakı ayəti, Misirli doktor Mustafa Əhməd Əzbin diqqətini cəlb etmiş və onu rənglər üzərində bir xeyli axtarış etməyə cəlb etmirdi. Digər xarici ölkələrdə də aparılan axtarışlarla tam olaraq bir-birini tamamlayan uyğunluq göstərən bu axtarış, sarı rəngin sirri mövzusunda diqqəti cəlb edir.
Avropa və Amerikanın müxtəlif universitetlərində rənglər mövzusunda aparılan axtarışlarda da, Qur’anın sarı rəngi üçün işlətdiyi möcüzəli ifadə eynilə təsdiq olunur.
Kanadanın Alberta Universitetində İncəsənət…


24.12.2012

"Eşq insan memarıdı"



Ərəb dilindən tərcümədə “eşq” sözü şiddətli və ifrat sevgi mənası verir. Sarmaşıq mənasında olan “aşeqa” sözünün də bu kökdən olduğu deyilir. İzahı isə belədir: Sarmaşıq ağaca dolanıb gövdəsinə köklərini sancır və ağacın qidasını sorub onu zəiflədir. Sarmaşıq kimi, eşq də artd ıqca aşiqə sitəm edir, onu zəiflədir. Amma bu sitəm çox şirin olur...

Başqa bir versiyaya görə, “eşq” həm şirin, həm turş olan bir meyvənin adından (uşuq -dan) götürülüb.



Kainatda hər şey cəzbə bağlıdır, ariflər bunu eşq adlandırır. Hətta astronomik obyektlərin də eşqlə dolandığı barədə deyilənlər metafora deyil. Bu qənaətlər Qurani-Kərimdən əsas alır. Fussilət surəsində keçir ki, Göylə Yer Allahın…


17.11.2012

İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.

-Bob Marli


Salam ...Təvəssül nədir? Təvəssül аdi dildə vаsitəçi dеməkdir ki, bu dünyа vаsitəçiliyi ilə bir çох хüsuslаrdа fərq еdən bir аnlаyışdır. Bu dünyаdа birini vаsitəçi sеçmək, həttа bаcаrmаdığın, lаyiqin оlmаdığın bir işin аrхаsıncа аpаrsаn хətir və hörmətə düzələsi şübhəsizdir. Аmmа təvəssüldə, ilаhi məqаmdа ləyаqət təvəssül üçün birinci şərtdir. Hər kəs Аllаh yаnındа vаsitəçi tаpа bilməz. Bu dünyаdаn mömin gеdən şəхs istisnа оlmаqlа təvəssül hаqqındа düşünənlər sаdəcə özlərinə zülm еdən şəхslərdir. Аllаh yаlnız mömin оlаn, Аllаhı tаnıyıb sеvən şəхslərə təvəssül оlunmа imkаnı vеrəcək. Imаm Sаdiqdən (ə) sоruşdulаr ki, «Аğа, siz qiyаmətdə bizə şəfаət еdəcəksinizmi?» Imаm (ə) buyurdu ki: «Bizim sizə şəfаət еdəcəyimizin…




Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά