Kenshido's blog

Kenshido
39, Mount Kapaz, Αζερμπαϊτζάν

İnsanın öz Ruhunun böyüklüyünə,qüdrətinə inamı o qədər böyükdür ki,başqasının ona həqarətlə baxmasına dözə bilmir.O,yalnız özünə qarşı hörmət duyanda xoşbəxt olur.

-Blez Paskal


17.08.2012

Cəmiyyətin tərəqqisi qarşısında sədd yaradan amillər arasında "yalan" хüsusi rol oynayır. Birbaşa insan psiхologiyasına təsir göstərən və istər fərdi, istərsə də ictimai inam və etibarın məhv olmasına səbəb olan yalanın, bir mənfi хüsusiyyət kimi fitri olaraq insanlar tərəfindən bəyənilməz olması labüddür.


İmam Əli (ə) buyurur: "Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin sözlərinə inanılar". Peyğəmbərimiz (s): "Hətta zarafat edərkən yalan söz deməyin" buyurmaqla yalanın insan həyatındakı fəsadlarının nə dərəcədə böyük təsirə malik olmasını bildirmək istəmişdir: "Yalan, üzüqaralıq gətirər və ruzini azaldar".


Vəhşi ərəblər arasında öz düzgünlüyü ilə Əmin adını qazanan Peyğəmbər (s) insanlar arasında inam və etibarın mövcudluğuna böyük…


Allahaxtarma hissi fitri hissdir.

İnsan, Allahın ona verdiyi fitri xüsusiyyətlərlə müşahidə etdiyi hər bir hadisənin səbəbini axtarır və heç vaxt onun öz-özünə, təsadüfi olaraq yaranmasını ehtimal etmir. Hər hansı bir nasazlıq üzündən maşını hərəkətdən dayanan sürücü dərhal yerə enərək ehtimal etdiyi hissələri yoxlamağa başlayır. O heç vaxt inana bilmir ki, maşının hissələrində müəyyən bir çatışmazlıq olmadan mühərrik işləməsin və səbəbsiz olaraq hərəkətdən dayansın. Maşını hərəkətə gətirmək istədiyi vaxt, onda mühərriki işə salmaq üçün qoyulmuş vasitələrdən istifadə edir və heç vaxt təsadüfün baş verib maşını işə salacağı ümidi ilə rol arxasında oturub gözləmir.

İnsan aclıq hiss etdikdə çörək yemək fikrinə düşür, susuzluq hiss…


Bismillahir rəhmanir rəhim

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! (Əl Maidə surəsi 67 ci ayə) bu ayə haqqında 1-2 kəlmə qeyd eləsək yerinə düşər. Bu ayədə Allah Peygembərə (sas) təkidlə deməsini bildirir və ən əsası bu deyiləcək sözün peygəmbərimizin (sas) bütün risalətinə bərabər olduğu bildirilir.Nədir axı deyilməsi təkid olunan bu söz?bu danılmaz faktdır ayə peygəmbərimizin (sas) ömrnün son günlərində gəlib.ve bir çox tarixçilərin yazdığına və səhih hədislərə əsasən məhz Qədir-Xum barəsində gəlib.İnşallah bu məqlədə bunun qısa izahı tam şəkildə veriləcək.
Tarixin…


Firon tanrılıq idiasında idi. İstirahət edirdi və qarşısına da üzümlə dolu bir qab qoymuşdular. Həmin üzümdən götürür və ağzına qoyurdu. Bu zaman bir kişi qarşısında zahir olur. Firon onu tanımırdı və görməmişdi. Belə bir insan hansı cürətlə saraya icazəsiz daxil olmuşdu?! Əlini üzümdən çəkib soruşdu: “Sən kimsən və bura necə gəlmisən?”.

Kişi zəhmli bir səslə deyir: “Şeytanam, şeytan!”.

Fironu titrəmə tutur və qarşısında olan üzüm qabını arxaya çəkib, əli ilə bədənini saxlamağa çalışır. Bu yolla bədəninin titrədiyini gizlətmək istəyirdi. Ancaq dodaqları titrəyir və rəngi də ağarmışdı.

Şeytan yüksək səslə gülür və deyir: “Sən qorxursan?”.

Firon çox çətinliklə cavab verir: “Bəli, çünki səni gözləmirdim”. Sonra…


Allah Təala buyurur: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Başqa yerdə buyurur: “Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur”. (“Əraf” 189).

Hədislərə nəzər salaq:

1. Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Peyğəmbər! Həqiqətən bu iş qəribədir. Bir kişi elə bir qadınla evlənir ki, nə qadın kişini görmüşdür və…


Bütün ata-anaların müştərək bir xüsusiyyəti vardır. Onlar dini elə təbliğ edirlər ki, sanki şeypuru tərsinə üfürürlər. Onlar gənc nəslə bu sayaq məsləhət verirlər. Sanki həkim dodağı yaralı xəstəyə “Yaralanma!”, “Yaranın filan zərərləri var!”, - deyir. Bu sözlərin faydası varmı?!

Sözsüz ki, əvvəlcə xəstəliyi yaradan səbəblər müəyyənləşdirilməlidir. Gənc nəslin düçar olduğu mənəvi böhranın kökləri tapılmalıdır.

Uşağa deyəndə ki, “Dur, ziyarətə gedək!”, - o, dərhal qalxıb yola düzəlir. Hətta ziyarətdən qayıdarkən "bir də nə vaxt gedəcəyik?" - soruşur. İlk əvvəllər uşaq namaza, oruca da belə həvəsli olur. Amma vaxt ötdükcə süstləşir, maraqlar dəyişir. Valideyn əvvəlcə mülayim, sonra isə qəzəbli halda onu ibadətlərə məcbur etməyə…


.Müsəlmanlar arasında İslam həm mövcuddur, həm də mövcud deyil. İslam mövcuddur, o mənada ki, biz, müsəlmanlar arasında dini ayinlərin mövcud olmasının şahidiyik. Camaat azan səsi eşidir, namaz vaxtı məscidə gedir, ölüləri İslam adətləri ilə dəfn edir, yeni doğulan körpələr üçün islami adətlərə uyğun mərasimlər keçirirlər və adları, əsasən, müsəlman adları – Məhəmməd, Həsən, Hüseyn, Əbdürrəhim, Əbdürrəhman olur. Lakin bu camaatda İslamın ruhu yoxdur, İslam cəmiyyətində İslam ruhu ölüb. Buna görə də İslam həyatının dirçəldilməsi lazımdır. İslami həyat dirçəldilməlidir və onun dirçəldilməsinə imkan da var. Çünki İslam özü ölməyib, müsəlmanlar ölüb. İslamın ölməməsinin səbəbi onun səma kitabının mövcud olması, Peyğəmbərinin sünnəsinin…


Sual: Mən 22 yaşlı bir gəncəm. Düşünürəm ki, təkcə siz mənim sualıma cavab verə bilərsiz?

Yaşadığım mühüt, şərait, nəfsani istəklər, arzularım mənə qələbə çalmış, onların əsiri olmuşam. Bunlar, istedadımın tələb etdiyi - Allaha tərəf gedən yoldan saxlamağa gətirib çıxarmışlar. Sizdən istəyim budur - deyəsiniz ki, öz nəfsimin cilovunu ələ almaq üçün hansı əmələ əl atım? Hamını sehrləyən bu problemdən yaxa qurtarmaq səadətinə necə nail ola bilərəm? Xatırlatmaq istəyirəm ki, nəsihət istəmirəm. Onsuz da nəsihət istəyənlər çoxdur. Qələbə çalmaq üçün isə bir əməl lazımdır. Eşitmişik ki, sizin də Nəcəfdə təhsil aldığınız dövrdə fəlsəfəni gözəl şəkildə bilən bir ustadınız olmuşdu.

Diqqət olunası…




Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά