Kenshido's blog

Kenshido
39, Mount Kapaz, Αζερμπαϊτζάν



“İşi işdən keçmiş”, öz gənclik dövrlərini min bir çə­tinliklə üzləşməklə arxada qoymuşlar. Qız və oğlan olmasından asılı olmayaraq, gənclərin qəlblərində olan cinsi tufanların düzgün yolla yatırılmasından xəbəri olmayan valideynlərin çoxu öz oğul və qızlarının ailə qurmaq məsələlərində olduqca so­yuqqanlı və ya sərt mövqe tuturlar.

Hər ikisi eyni psixoloji kökdən qaynaqlanan bu soyuqqanlılıq və sərtlik bəzən elə həddə çatır ki, gənc­lərin evləndirilməsinin bir və ya beş il gecikdirilməsi, valideynlərin nəzərində, çox sadə və ya qısa bir müddət görünür. Onlar “indi olmadısa, eybi yox, inşallah, gələn il” və ya “indi mümkün deyil, qalsın sonraya, onsuz da, hələ ki gec deyil” kimi ifadələr işlədirlər.

Lakin…


Bismilləhir-Rahmənir-Rahim



Məxluqların əşrəfi, Uca Allahın məhbubu və kainata sonuncu elçisi olan Həzrət Muhəmməd peyğəmbərin (s) mövlud həftəsinə qədəm qoyduq. Bəşəriyyətin zinəti olan bu şəxsiyyətin həyatı hər birimiz üçün nümunədir.



Kiçik yaşlarından başlayaraq, ondakı ilahi tərbiyə, əxlaq və zəka özünün bütün parlaqlığı ilə zahir olur və cəmiyyətdəki insanlardan üstünlüyünü büruzə verirdi. İmam Əli (ə) xütbələrinin birində buyurur: “Peyğəmbər (s) süddən kəsildiyi andan etibarən Uca Allah mələklərin böyüklərindən birini ona yoldaş etmişdir. Mələk ona gecə-gündüz ucalıqların yolunu, aləmlərin gözəl əxlaqını öyrədərdi...” (“Nəhcul-bəlağə” xütbə 192).

Cahiliyyət adətlərinin tüğyan etdiyi, ilahi və ictimai qanunların heçə sayıldığı, müxtəlif mənafelərə və şəxsi istəklərə qulluq etdiyi bir cəmiyyətdə…


Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.

Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun…


προηγούμενος 1 ... 10 11 12 13 14 Επόμενο →
Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά