Bu gün son görüşdür, mən də bilirəm,
Əlini ovcumda sıxıb gedirəm.
Getmək istəmirsən sən də,bilirəm,
Son dəfə üzünə baxıb gedirəm
***
Çətindir, döyünsün ürək sevənsiz,
Demə,yaşamarsan bir an da mənsiz,
Xoşbəxt olmayacam,bilirəm,sənsiz,
Bu könül evimi yıxıb gedirəm
***
Bu eşqin kitabın biz bağlayarkən,
Mən səni son dəfə qucaqlayarkən,
Arxamca baxaraq sən ağlayarkən,
Gözündən yaş kimi axıb gedirəm
***
Bir də görməyəcəm mən bu gözleri,
Qalsa da,ömrümdə dərin izleri,
Sessiz,baxışların deyən sözleri,
Qəlbimə ox kimi taxıb gedirəm
***
xeyalın fikrimi dolandıracaq,
Gozlərim önündə hər an duracaq,…