Mənə biraz ondan danış
Az da olsa yaşat məni
Çox dolmuşam için-için
Bir az ağlat,boşalt məni.
Yaman sıxır həyat məni.
Mənə biraz ondan danış
Duruşundan,yerişindən
Şirin-şirin gülüşündən,
Gəlişindən,gedişindən
Bacardıqca hər işindən
Nə bilirsən axır,çalış,
Mənə biraz ondan danış.
Başını necə qatmağından
İstəyinə çatmağından
Hər gün bir az öldüyümdə
Gecə rahat yatmağından
Məni necə atmağından
Mənə biraz ondan danış
Söylə neynir can yoldaşım?
Qisqanclıqdan coşum,daşım.
Qoy lap quru söznənsə də
Özümü itirim çasim
Ona yenə yaxınlaşım. Mənə biraz ondan danış. Danış,təbim dilə gəlsin Hər bir sözün bağrım dəlsin. Qoy içkisiz, qoy içmədən Ruhum biraz məzələnsin Xatirələr təzələnsin... Mənə biraz ondan danış Qaytar mənə xatir məni Qaytar mənə gətir məni Al onsuz bir gələcəkdən Keçmişimdə itir məni Danışdıqca bitir məni. Mənə biraz ondan danış Hicran pozub düzənimi Sarıb şeir qəzəlimi De ki, təsəllim öpməkdir Ondan Yazan öz elimi. Görərsənsə gözəlimi... Ona biraz məndən danış… |
Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!