Baxdım dünya üzünə,
ağıl olmaq istədim...
Baxdım arvad sözünə,
paxıl olmaq istədim...
Baxdım,aləm qarışıb,
hamı yaman yarışıb...
Vətənə qurd daraşıb,
oğul olmaq istədim!...
Baxdım göyün üzünə,
Ayına-ulduzuna...
Yenə qonşu qızına,
nağıl olmaq istədim...
Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!