Oxuyun ve netice cixardin
34, Baku, Αζερμπαϊτζάν


Bir gün yuxudan ayıldım,durdum paltarımı geyindim hələdə gözlərim açılmırdı.
Əl üzümü yudum getdim məktəbə. Nəhayət məktəbə çatdım.Zəng vuruldu girdik sinifə.Nədənsə hamı mənə kövrəlmiş gözlər ilə baxırdı..
(Mən isə fikrə getmişdim.Bir gün anama bir qızın şəkilin göstərib onu sevdiyimi dedim.Anam isə dedi
.Gözəl balam sənin sevmək vaxtın deyil sən hələ əsgərliyə getməlisən .Ona kimi sənin həyatında çox qızlar olacaq.
Dedim ana mən bir insanı sevib və onunla ailə həyatı quracam.Əgər baş tutmasa heç vaxt evlənməyəcəm.
Anam bu sözlərimə gülüb,yanağımdan öpüb getdi.)Hiss elədim ki çiynimə nəysə toxunur.Ayıldım ki,müəllim deyir.
Ay bala dur dərsini danış.Dedim icazə verin gedim evə özümü pis hiss edirəm.İcazə aldım çıxdım məktəbdən.
Sanki dünya dağılırdı,başım fırlandı gözlərim qaraldı,əllərim əsdi ayağlarım sözümə baxmadı.
Taqətsiz idim.Ayağlarımda güc qalmamışdı.Evə çatmağıma az qalmışdı.Nədənsə evimizin qarşısında çoxlu maşın var idi.
Təəcübləndim dedim görəsən kimdi bizi yad edən.(Axı bizə belə çox qonağ gəlmirdi.)Evə çatdım gülə gülə içəri keçdim ki Anam ağrılarımı hiss etməsin.
Mən gülürdüm onlar ağlayırdı.Hələdə mənə çatmırdı.Dedim nə olub.Anan öldü dedilər. Nəəəə? Anam.?
Hələdə mənə çatmadı dedim bəlkə zarafat edirlər.Qaçdım qoymadılar məni evə keçməyə.Anladım nə baş verdiyini.Huşumu itirdim.
Gördüm kimsə məni öpür .ay bala məktəbə gecikirsən dur ayağa.
Durdum gördüm bütün gördüklərim yuxu imiş .

 
Σχόλια
Lady 11.09.2015

xatırladım((mende bu bloqu axtarırdim ele(bura birinci defe gelende qarşıma çıxan ilk bloq *SORRY*

canicim canicim 12.09.2015

onda bu bloqun xatiresi sende boyukdu((

uReKaGLaR 17.02.2016

:'-( ..əllərinə sağlığ.
ehh nəticə goturən azdı nədənsə ((

canicim canicim 18.02.2016

tesekkurler sadece ehhhh

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά