Unutdum o şirin baxışları, Unutdum o sözləri, unutdum, unutdum, UNUTDUM SəNI!
24, Baku, Αζερμπαϊτζάν

Yagış yagır...

Yenə aylı gecə...

Yenə sən...

Yenə sənli düşüncələr...

Sənli-sənsiz xəyallar...

Yenə göz yaşları...

Nə zaman, söylə, nə zaman "yaxa qurtara biləcəyəm" bu acılardan??! Axı nə za-man!

Bezdim artıq, bezdim!!! Bezdim səni düşünməkdən, bezdim boş-boş arzuların arxasınca körpə uşaqtək aglayıb-sürünməkdən!!!

Bezdim! Istəmirəm, gəlmə yuxularıma, istəmirəm, gəlmə xəyallarıma, olma röyalarda qonagım, dinlədiyim mahnıların artıq sənə aid olmasını da istəmirəm,

izlədiyim filmlərin baş qəhramanı olmagını da artıq istəmirəm, Is-Tə-Mi-rəm!!!

Yetər artıq, izləmə məni...

Unut məni...

Elə mənim xatirimə unut, elə öz xatirinə...

Sənin xatirinə də mən səni unutdum!

unutdum o şirin baxışları, Unutdum o sözləri, unutdum, unutdum, UNUTDUM SəNI!

Deyirlər ki,bir şeyi 40 dəfə desən həyata keçərmiş...

Başlayıram saymaga...

Unutdum... Unutdum... Unutdum... Unutdum...

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά