Unut deyirdin, bax UNUTDUM...Artıq...
24, Baku, Αζερμπαϊτζάν


Unut deyirdin, bax UNUTDUM...

Neçə dəfə "əlvida" deyirdim sənə,xatırlayıram... O qədər vida edib və o qədər döndüm ki sənə...Ancaq bu dəfə bitti... Unut dediyində belə, bir ümidim var idi hələ də...Çünki ürəyim səni hiss edə bilirdi...Ancaq bu gecə bu ürək hiss edə bilmədi o böyük ÜRƏYİ... Hər vidada unut deyirdin, bax indi UNUTDUM...

Sənə gələ bilmərəm, bu sevgini dərinləşdirə bilmərəm deyirdin, canımı yandırırdın, gizlincə ağlayırdımaaa, artıq yanmıram, ağlamıram, acımıram... O qədər hissiz olmuşam ki, sənə qarşı, günbəgün sakitləşdi sənə olan həsrətim... Və bu gecə ,bax bu gecə bitti hər şey... Unut deyirdin, UNUTDUM... artıq...

Bax, artıq o qədər unutmağı bacarmışam ki, səni unutmağı belə yaza bilmirəm...
Nə desəm bilmirəm... Bir "Əlvidanın" ardıyca nə deyilə bilər ki...?!
Az-çox səni tanıyıram...Diliyirəm ki, artıq gözündən yaş süzülməsin..."İllərdir ağlamağı unutmuşdum" deyirdin,xatırlayırsanmı? Bax yenə deyirəm- ağlama bir daha... Unut dedin,UNUTDUM...artıq, könlün sevinə bilər, yetər ki,sən ağlama...

Cənnət uşaqları deyir ki, "yat,acını unudarsan", bax indi yatmaq istəyirəm... Yatmaq və acımı sonsuza qədər unutmaq istəyirəm...
Bir yuxum var idi, yarımçıq qalan- UNUTDUM...
Bir sözüm var idi ümid qoxan- UNUTDUM...
Bir mahnı var idi, dilimdə əzbər olan- UNUTDUM...
Bir ögey var idi, adı nə idi- UNUTDUM...
Bir yalançı var idi, nəsə demişdi- UNUTDUM...
Bir ümid var idi, adı nəydi-UNUTDUM...
Mən bir şeyi deyil, bir çox şeyi unutdum... Unuda bilmədiyim bir sevdam var idi, bax o da bu gecə unudulanlar arasına girdi...
Ümit bitti, röya getdi, o bitməz dediyim sevdam ən sonunda bitti...
Unut deyirdin, bax UNUTDUM... artıq...

 
Σχόλια
YAGMUR-DAMLASI 25.03.2013

MeNCe PiS DeYiLLLLLLLL

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά