21.06.2013
Ilk sevgi
24, Baku, Αζερμπαϊτζάν


Ilklərin sevgisi bir başqa olur... Heç zaman da unudulmur... Üstündən necə hadisələr keçsə belə ilk, elə ilk olaraq da qalır...
İlk addım, dediyimiz ilk söz, məktəbə ilk dəfə getdiyimiz gün, institutda ilk günümüz... Hər biri bizim həyatımızın ən özəl anlarıdır...


Amma bir ilk var ki, o daha başqadır bizim üçün... Bu ilk sevgidir... Birinə qarşı ilk dəfə hiss etdiyimiz bir şey. Qəribə bir həyəcan... Duyğularla, düşüncələrlə ifadə edilməyəcək qədər mükəmməl və mürəkkəb, amma yenə də gözəl bir hiss... Kimiləri üçün bu ilk elə son olaraq da qalır... Qarşılarına doğru bir insan çıxdığından sevgini başqasında axtarmağa ehtiyac da qalmır. Bu əsl xoşbəxtlikdir... Kimiləri üçünsə o, həqiqətən də bir ilk olaraq qalır. Amma yaddaşlara elə həkk olunur ki, heç vaxt xatirəndən çıxmır...


Sevgi onsuz da gözəl bir hiss, fərqli bir duyğudur. Hələ onu ilk dəfə bir ilə yaşayırsansa, necə unuda bilərsən ki??? Yalansı, saf bir sevgiylə bağlanırsan ona...Həyatda birinin sənin üçün nə qədər önəmli olduğunu başa düşürsən... Çalışırsan ki, ona qarşı hisslərini ən gözəl şəkildə ifadə edəsən, sevgini ən gözəl şəkildə yaşayasan... Amma...Amma... O - Tanrının sənin üçün ilk sevgin olaraq göndərdiyi insan bütün həyatını paylaşacağın biri deyilsə, yaşanan hər şey geridə qalır... O keçirdiyin bütün hiss və həyəcanlar yerini qəribə bir hüzünə verir... Amma heç bir zaman unutmayacağın, qəlbinin bir hissəsində ömrünün sonunadək saxlayacağın qəribə bir hüzünə...

 
Σχόλια
Murad111 29.06.2013

Ilk sevgi unudulmur

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 29.06.2013

Eledi *YES*

sevinc-29 30.07.2013

cox sagol *KISSING*

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 30.07.2013

Sen sag ol )) *IN LOVE*

sevinc-29 30.07.2013

deymez ureyim *YES*

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 30.07.2013

:-{}

sevinc-29 30.07.2013

gozeldi

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 30.07.2013

Cox sag ol gozel

Rainfall 25.06.2013

:(

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 25.06.2013

*SORRY*

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά