13 aylıq körpə ilanın başını çeynədi
33, Baku, Αζερμπαϊτζάν

İsraildə 13 aylıq körpə yanına gələn ilanın başını uzun müddət çeynəyib.
“Mərkəz”in məlumatına görə, ilanı 6 dişi ilə sovuran İmadın anası Hadir Aleyan uşağın yerini hazırlayan zaman körpənin ağzında ilanı görəndə şoka düşür. Qorxan ana bilmir neyləsin və qohumlarını çağırır. Qohumlar da qorxudan nə edəcəklərini bilmirlər, sadəcə bu baş verən hadisəni izləməklə kifayətlənirlər.
Nəhayət, ilanı uşağın ağzından qonşusu çıxartmağa cəsarət edir.
Körpənin xalası bildirib ki, 13 aylıq İmad ilanın başını demək olar çeynəyib və ilanı ondan alan zaman körpə ağlamağa başlayıb.

Xəstəxanaya aparılan uşağın heç bir yara almadığı və ilanın onu çalmadığı məlum olub.
Sonradan məlum olub ki, İmadın sovurduğu ilan zəhərsiz imiş.

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά