Gəl desəm gələrmisən?
33, Norilsk, Ρωσία

Gəl desəm sənə

Heç bir şey soruşma, heç bir şey danışma, yalnız
gəl...
Gəlirsənmi??
İndi desəm ya da..??
Heç bir şey soruşmadan yenə mənimlə
gedərsənmi sonu naməlum...??
Baxmasan, görməsən, eşitməsən məni
günlərlə. ..Aylarca bəlkə....
Yenə məni sevərsənmi?
Gözdən iraq olan könüldən uzaq olarmış
deyirlər ha..
Yanımda olub uzaq olanlardansa, uzaqda olub
içimdə olmağı bacara bilərsənmi??
Aylar sonra, illər bəlkə..
''Səni sevdim. .Səndən gələn yaxşı-pis hər şeyi
sevdim. Və həmişə sevəcəyəm..''
Deyə bilərsənmi..??
Yanında oturarkən belə zaman-zaman mənim
üçün dəli kimi darıxa bilərsənmi??
Hər ayrılışımızda səhərə, bir daha görə
bilməmək qorxusuyla havalanarsanmı?
Hər gələn telefonda 'mən' deyə diksinərsənmi
səbəbsiz..?

Gəl desəm sənə
Məni hər dəqiqənə daşıyıb yaşamağı bacara
bilərsənmi??
Məni ,mən kimi sevə bilərsənmi??
Havalansam bir gün..
''Eşşqimmm...'' deyə yenə sarıla bilərsənmi?
Kapriz etmək istəsəm., izdihamlarda əlimi tuta
bilərsənmi?

Həyat bir gün mənə oynasa, maskaları cırıb hər
yerimdən, çoox çirkin olsam, yenə məni görə
bilərsənmi??
Nə şərt və mövqe olursa olsun, göz bəbəklərimin
həmişə eyni baxacağını belə bilərsənmi??
Ya da mən həyatla oynamağa qalxsam, bir gün
nəfəsimdən sıxılıb..
Ölsəm bir gün, yaşadığın hər gün üçün mənimlə,
'bir saniyəsi üçün belə peşman deyiləm' deyə
bilərsənmi?

Sən heç gözyaşlarını tutmağa çalışdınmı??
Sənin hər gün axan hər gözyaşınla, çəkdiyin
ağrılarla qürur duydunmu heç?
Acı çəkmək sənin heç xoşuna gəldimi??
Mən acı çəkmək xoşuma gələrmişcəsinə açardım
mahnımızı dinləyərdimm
səni görə bilmədiyim hər günə, hər saata, hər
dəqiqəyə lənət edirəm və ən vacibi səni həqiqətən
sevirəm!!

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά