07.02.2012
Werler
33, Əzizbəyov, Αζερμπαϊτζάν

Sən bir cürə, mən bir cürə"

Bir taleyi yaşayırıq,

Sən bir cürə, mən bir cürə.

Həsrət yükün daşıyırıq,

Sən bir cürə, mən bir cürə.

Bir kitabı səhvələdik,
Oxumadıq, məhv elədik,
Hər ikimiz səhv elədik,
Sən bir cürə, mən bir cürə.

Bir can idik, bir ürəydik,
Nə gözləyir, nə biləydik,
Kəc fələkə boyun əydik,
Sən bir cürə, mən bir cürə.

Bir ilqarın evin yıxdıq,
Şər şeytanın əlin sıxdıq,
Əhdimizə xain çıxdıq
Sən bir cürə, mən bir cürə.

Zaman bizi çəkdi dara,
Könlümüzə vurdu yara,
İkimiz də bəxti qara,
Sən bir cürə, mən bir cürə.

Qocalırıq, qarıyırıq,
İtən eşqi arayırıq,
Hər ikimiz zarıyırıq

Sən bir cürə, mən bir cürə.

Tanrıma dərd deyiləm ki" şeiri


Deyirəm görən Tanrının
Şərti ağır şərt deyil ki?
Addımbaşı sınaqları
Bir birindən sərt deyil ki?

Doğranıram kündə-kündə,
Düşürəm kələyə, fəndə,
Mənim kimi avam bəndə
Tanrısına dərd deyil ki?

Döndərib öz vərdişinə,
Vurur hərə öz dişinə,
Mənim kimi əl işinə
Görən Tanrım pərt deyil ki?

Yasinin kəsilib nitqi,
Uçubdu tifaqı, taxtı,
Qismətinə düşən baxtı
Zəri şeşsiz nərd deyil ki?


 
Σχόλια
Sahilsiz-Deniz 27.05.2012

sen oxuduqun ucun cox sag ol bitoww !

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά