01.05.2017
Yaxşıdı
49, Moscow, Ρωσία

Fəxrəddin Əli

İki dostum varsa beş düşmənim var,
Gözümün yaşını silsəm, yaxşıdı.
İçimdə ah çəkib hey ağlasam da
Üzdə qəh-qəhəylə gülsəm, yaxşıdı.

Асиф Исрафилов

Söyle,ne olubdu,ay eziz dostum,
Deyirem derdini bölsem yaxšìdì.
Belke teklenibsen,kömek ederdim,

Üz tutub yanìna,gelsem yaxšìdì.


Fəxrəddin Əli

Həyat məndən küsüb heç barışmasın,
Dilim sus-pus olub heç danışmasın,
Mələklər işimə kaş qarışmasın,
Qəbirdə də özüm bilsəm, yaxşıdı.


Асиф Исрафилов

Neden genc yašìnda heyatdan küskün,
Belke qurbanìsan vefasìz ešqin.
Ne qeder acìdì,ne qeder keskin,

Vaxtìnda xeberdar olsam yaxšìdì.


Fəxrəddin Əli

Doğuldum bir körpə məsum baxışla,
Bacara bilmirəm bu dayanışla,
bağışla ey həyat, məni bağışla,
Elə gənc yaşımda ölsəm yaxşıdı.


Асиф Исрафилов

Derdi derd bilene eyleme punhan,
Özünü çöllerde teyleme punhan,
Sirrini quyuya söyleme punhan,
Demeynen teklikde qalsam yaxšìdì.

https://www.facebook.com/CeferiSadiq/posts/1502799576438951?comment_id=1502868679765374&notif_t=like&notif_id=1493636921621596

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά