Misirdə ilk dəfə olaraq dövlət televiziya kanalının aparıcısı baş örtüyündə verilişə çıxıb
49, Moscow, Ρωσία

Bazar ertəsi, 03 Sentyabr 2012 17:30

Misirin dövlət telekanalında ilk dəfə teleaparıcı baş örtüyündə xəbərlər proqramına çıxıb.



Fatimə Nəbil mətbuata açıqlamasında bildirib ki, inqilab nəhayət ki, dövlət televiziyasına da gəlib çıxdı. Nəbilin nümunəsindən bir çox teleaparıcının istifadə edəcəyi də gözlənilir.

Qeyd edək ki, 20-ci əsrin 60-cı illərindən Misirdə teleaparıcılara baş örtüyündən istifadə etmək qeyri-rəsmi olaraq qadağan edilmişdi. Bir müddət əvvəl Misirin yeni informasiya naziri baş örtüyü misirli xanımların əksəriyyətinin həyat tərzi olduğunu bəyan edib.

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά