Dusunmeye deyer:Kim bu islere cavabdehliyi oz uzerine goture biler
49, Moscow, Ρωσία

Qurumaqda olan Hacıqabul gölünün dadına kim çatacaq?

Qurumaqda olan Hacıqabul gölünün dadına kim çatacaq?
"Hacıqabul gölü demək olar ki, quruyub. Lakin bu barədə ölkə mətbuatında həddən artıq az məlumat verilir"
Eyni halda son günlər ərzində ölkədə Urmiya gölünün quruması ilə bağlı aksiyalar keçirilib. Lakin bu gün biz Urmiya gölünə etiraz edən təbəqənin Hacıqabul gölünün qurumasına, Masazırdakı Duzlu gölün özəlləşdirilməsinə, Xəzər dənizinin sahilinin hasara alınmasına etiraz edən görmürük. Urmiya gölünə etiraz edən şəxslər nəyə görə, ölkə daxilində sadaladığımız problemlərə etiraz etmirlər?"
Mövzu ilə bağlı FaktXeber saytına açıqlama verən «İmpuls» qəzetinin baş redaktoru Mətanət Əliyeva bildirib:
" İndi ölkədə bir qrup insan ABŞ casuslarının təxribatlarına aldanıblar. Hazırda bu məsələ Topxana meşəsi hadisəsinə oxşayır. Həmin hadisədə azərbaycanlıları qızışdırdılar ki, ermənilər Topxana meşəsini qırır. Sonradan bu təxribat səbəbindən Qarabağ müharibəsi meydana gəldi və torpaqlarımız işğal olundu. İndi də ABŞ Azərbaycanda əhalini qızışdırır. Fikrimcə, Urmiya gölü mövzusu İranı qarışdırmaq üçün ABŞ-ın istifadə etdiyi növbəti təxribat vasitəsidir. Hesab edirəm ki, ABŞ-ın bu variantı növbəti dəfə də boşa çıxacaq. Xaricdə 1-2 manat pul verən kimi qızışıb düşürlər ortalığa. Heç mahiyyətinidə anlamırlar ki, nəyə etiraz edirlər. Azərbaycanda Xəzər dənizinin sahilini hasara alaraq camaatı dənizə həsrət qoyublar. Heç buna etiraz eliyən yoxdur. İran səfirliyi qarşısında etiraza çıxan şəxslərin hətta elələri vardır ki, Urmiya gölünü tanımırlar. Səfirliyin qarşısına çıxanlar 5-3 manata aldanan casusların nökərlədir. Mən adətən bu məsələ ilə bağlı hər hansı bir söhbət danışılanda heç qulaq asmaq istəmirəm. Hər hansı bir ölkənin daxilində baş verən hadisənin bizə nə dəxli var? Öz problemiz kifayət qədər mövcuddur. Biz gərək öz problemlərimizin həlli ilə məşğul olaq."

 
Σχόλια
asifisrafilov 11.09.2011

Meni qinamaq fikrine dusecek keslere:Bir kelme:"Xocali menim de qeyretimdir.Ermeni dostu ise menim dostum ola bilmez.Ancaq Topxana numayislerinde gur gur guruldayanlar indi tulapayina hururler.'

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά