Xalq qehremani Kazım xan Quşçu və onun dəstəsi
49, Moscow, Ρωσία

Zaur Aliyev adlı birinin şəkli.

Güney Azərbaycanda "erməni-kürd assur dövləti" yaradılmasına qarşı mübarizə aparan Kazım xan Quşçu və onun dəstəsi

Kazım xan Məşədi Rza oğlu 1867-ci ildə Urmiya gölü sahillərindən bir neçə km uzaqlıqda yerləşən Ənzəl mahalının Quşçu qəsəbəsində anadan olub. Kazım, gənc yaşlarında öz kiçik qəhvəxanasında çalışır, ailəsinə çörək aparır. Amma bölgəyə sürəkli daxil olan rus-erməni və kürd dəstələri ərazini viran qoyduqca, əhalini çapıb talayıb öldürdükçə, öz yurdunu qorumaq qərar...ına gələn Kazım özü kimi dəliqanlı gəncləri başına toplayaraq kiçik silahlı dəstə düzəldir. Kazım xan və mücahidlərinin ilk silahlı vuruşması 1909-cu ildə ruslarla olur. Xalqın əlindəki bütün silahları toplayarkən Quşcu əhalisi etiraz edir, Ruslar da buna cavab kimi qəsəbəni topa tutur. Kənd camaatı geri çəkilməyə məcbur olsa da, Kazım xan və onun mücahidləri dağlara çəkilərək bugün öz adını daşıyan, o vaxt isə Qırxlar adlanan qalaya çəkilirlər.
Kazım xan Quşcu, Bari, Göyərçin qala, Mərəngəli, Qarabağ, Meqatlı, Boydaş və Qalqaçı kəndlərinin cəsur gənclərini bir araya gətirərək 300 atlı mücahidlə birgə savaşa girir. Kazım xan Quşcu yaxınlığında pusqular quraraq erməni qüvvələrinə ciddi zərbələr vurur və onların Urmiya və Səlmasa girməsinə mane olur. Amma 1918-ci ilin qışında yenidən hərbi əməliyyata başlayan erməni-rus qüvvələri Urmiyә və Səlmasın Azərbaycan Türkləri yaşayan bütün kəndlərini xarabaya çevirir, 150 min azərbaycanlının hər birini əzabla öldürürlər. Bütün kəndləri sonuncu nəfərinədək məhv edən ermənilərin zülmündən yalnız Qırxlar qalasına sığınan əhali canını qurtara bilir.
1922-ci ildə ingilislərin əli ilə savaşa atılan və hakimiyyəti ələ keçirməyə çalışan pəhləvi Rza xan ölkənin digər yerlərindəki üsyanları yatırdığı kimi İsmayıl Simitkonun başcılığı ilə Kürdləri də neytralaşmaq qərarına gəlir. Bu məqsədlə böyük bir hərbi qüvvəni Qırxlar qalasına-Kazım xanın köməyinə göndərir. Kazım xan öz qüvvələrini pəhlәvilərlə birləşdirib kürdləri bu ərazidən uzaqlaşdırmağa nail olur. Yaxşı münasibətləri olmasına baxmayaraq, Kazım xan Rza xanın ingilislərin əlaltısına çevrildiyini görüb şah kimi onu pəhləviləri deyil, hələ də Qacarlar dövlətini tanıdığını bildirir və etiraz əlaməti olaraq yenidən Qırxlar qalasına çəkilir. Dostkən düşmənə çevrilən, Rza xan Kazım xandan qalanı boşaltmasını tələb edir, toqquşma yaranır. İlk münaqişədən sonra Kazım xan öz düzəltdiyi əl qumbarasının partlaması nəticəsində qalada həlak olur. Onun ölümündən sonra mücahidləri mübarizədən vaz keçərək vuruşmasız qaladan çıxırlar.

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά