14.05.2011
LAÇIN
30, Yasamal, Αζερμπαϊτζάν

Tanrı bu torpağı qorusun

Canım ay laçın yerin görünür
Bu ürəyim sənin ürəyinlə bir döyünür
Neçə ildirki açıq aşkar aydın görünür
Kim yaşıyır kim sürünür
İllər ötür təqvimi götür
Say gör neçə qara bayram gözlərivi örtür
Düşündürür bir anlıq olsada vicdanıvızı oyadın
18 may tarixi bizə çox şey xatırladır
Laçın qaçın yox dayanın oyanın burda yanın
Amma evinizi tərk edib getmiyin
Qaçmıyın sonra açmıyın telvizoru
Baxıb ÇİNGİZƏ
Eşitmiyin qayıdında nolub sizə
Qəpiyin ikinci tərəfi hər ikisi mənfi
Daha nə çox qərənfil
Kiminsə axmaq səhvi
Nəticədə isə bir milyona yaxın qaçqın
Çoxları hələ bu günə kimi qalıblar çaşqın
Status qaçqın və bu sözdən istifadə edən
Və düşünürəm fəxrlə onu ifadə edən
Heey mənimlə yol gedən
Məgər ya qarabağ ya ölüm deyil sənin əqidən
Onda nədən nədən qalmısan geridə
Bu sözləri gəl deyək bizlə birlikdə
Tanrı bu torpağı qorusun çünki and olsun
Dəyməlidir qarabağa ayağım bu işığa kor baxım
Hey oğlum bu mənəm ata yurdun
Sənə yazıram məktubu oxu
Oxu sonra deməyəsən gec oldu
Qarabağımızın ağacları qurudu
Hey özünü bəy sayan oğlum
Ar olsun yoxsa düşməz bura yolun
Məsçidləri erməni burda yıxıb kilsə tikib
Ürəyimi sancır xaç dəmir
Yadındamı ananın məzarı
Onu yıxıblar
Həmən yerdə ayağyolu salıblar
Sənin bulağınan onlar su içir haram olsun
Onlara ağac bar verir gözlərinə dolsun
Xocalıda körpə buza döndü
Ana sinəsində uşağ belə dondu
Həmin gün qadınlar saçın yoldu
Həmin gün ermənilər üçün bayram oldu
Gözləyirəm ata oğlun həmişə gözlər
Bala sən bura gəlsən çıxacağ gözlər
Çünki sözlər bitəndə silahlar danışar
Köməy ol oğlum deyirəm aşkar

 
Σχόλια
Cəsur 15.05.2011

bir terefim oralidi
tewekkurler qaqa

kingleon kingleon 15.05.2011

dəyməz ayın 18 i 19 illiyidi ona görə yada salmaq lazımdır

jale--85 14.05.2011

daha Lacinim mahnisini efire de vermirler.sag ol dostum

kingleon kingleon 14.05.2011

dəyməz

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά