20.12.2015
MÜCRÜ
30, Yasamal, Αζερμπαϊτζάν

Həyatımız doludur tərs mütənasiblərlə

Sanıyələr uzun gəlir, ömür qısa hərdən
Hər dəfə açanda, bu tozbasmış mücrünü
Göz yaşlarını saxlaya bilmir o heç cürə
Bu dəfə açanda topladı var gücünü
İki saniyə sonra iki göz yaşı düşdü yerə
Parçalanır ürəyi xatirlandıqca olanlar
Gah soyuq tər gəlir gahda əsir dizləri
Sanki elə indi oldu həmin o anlar
İllər quş kimi uçdu amma itmir izləri
Nə etməli indi nə etsədə artıq gecdir
Yara varki közü qopub düşsədə ağrısı keçmir
Düşünür ki, danışsın kiməsə baxıb şəkillərə
Anlayırki indi ən böyük addım belə heçdir
Bir əlində illərdir içə bilmədiyi iki həb
O birində mücrü içində qəzetlərdən şəkillər
Çıxardır qızın şəklin yapışdırır titrəyən dodaqlarına
Deyir bağışla və donur fəsillər

Ən sevimli yerləri idi bu çinarın altı
Onlar burda görüşdüsə dünyada hər şey yalan
İki gün alınmasa görüş ürəyi tutur ağrı
Bir birindən ayrılıqda həyat darıxdırıcı yaman
Məmurun qızı sevir fəhlə oğlun hah qəribədir
İnsanların pula görə fərqlənməsi bu qıza çatmır
Ata sadə adamdır amma istəmir fəhlə oğlun
Qızını xəbərdar edir bir neçə dəfə amma bu qıza batmır
Bu həyat hərdən səni əzizləyən dost hərdən düşmən
Əl ələ tutanda uçur vaxt ayrılıqla ötüşməz
Sonuncu görüşdə gələcəkdən danışıb mübahisə edirlər
Bilmədənki bu çinar bu cütlüklə birdə görüşməz
Kəsilir görüşlər, zənglər, evdə atası yoxa çıxıb
Qız telefonuna gələn zəngə həyacanla baxır
Günlərin bir günündə zəng edir oğlanın anası
Deyirki atanın sürücüsü oğlumuzun axırına çıxıb

İndi yadın düşəndəki ona görə dağılıb ailə
Dolur gözləri sıxılır ürəyi daralır aləm
Onun ani diqqətsizliyi məhv etdi bir piyadanı
Təsadüf nəticəsində alındı qapalı dairə
Aldığı ömür rəisinin qızının sevgilisiydi
Ailənin içində bu məsələ bir az mübahisəli idi
İndiyə kimi xatırlayır rəis onun dalınca gələndə
Həyacandan bölmədə necə ayaq üstündə titrəyirdi
Bircə kəlmə sən neynədin? Dedi çıxıb getdi
Elə bil birdən bu sözlərlə zaman axıb getdi
Qızını inandıra bilməyəcəyindən qorxub kənarda durdu
Qızıda özünə qıydı başına güllə çaxıb getdi
Qəzetləri izlədi bu hadisələrdən sonra sürücü
Həyatın həbsə bağladı illər keçdikcə üzücü
Özünü bağışlaya bilmədi bu illər ərzində o
İki zəhərli həb aldı onuda atmağa çatmadı gücü

Yatımız doludur tərs mütənasiblərlə
Saniyələr uzun gəlir ömür qısa hərdən
Xeyirli planla qurduğumuz işlər illərlə
Əksimizə çevrilir anı hadisədən
Kimik biz samanlıqda iynə yoxsa maqnit
Coşğun dağ çayı yoxsa gömgöy göl sakit
Böyüklüyün gərqi yox əsas düzgün yaşamaqdı
Unutma panbıq tayasını məhv edə bilər bir kibrit

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά