BAŞLIQSIZ SƏTİRLƏR
30, Yasamal, Αζερμπαϊτζάν

Başlıqsız sətirlər

Qandal vurulmuş qələmlə söz yazan əsirlər,
Başlıqsız sətirlər.
Bu həriflərin sonunda sözü var qələmin.
Sirri açılmaz aləmin
Parçalanmış qəlbimin, qanla dolmuş ürəyimin
Dözülməz ağır zərbələrə dözən kürəyimin
Xəstə ruhumun, körpəlikdə itirdiyim qorxumun
Bəzən şeytan bəzən də mələk olan duyğumun
Hamısının sözü var, iti bərk qələm cızırdı
Qorxum yox, canavarlarım ölümə hazırdı
Qələm yazırdı, olmayan pak məhəbbətdən
Qələm yazırdı heç vaxt olunmayan mərhəmətdən
Qələm yazırdı qarğışdan, yox rəhmətdən
Qələm yazırdı yaltaqlıqdan, yox hörmətdən
Bu sizin qələminizdi yazdığı neçə illər
Və asrlər nə qədər dolur fəsillər,
Siz şairlər çoxunuz gizlətdiz həqiqəti
Yazmadınız əsl faciələri, əsl fəlakəti
Siz yazmadınız həyatın qara görünən tərəflərini
Siz yazmadınız tələblərini onun hədəflərini
Rəhbərlərin səhvlərini, gizlətdiz ürfanlarda
Yazmadınız açıq aşkar bəlkədə fərq zamanlarda
Siz yazmadız şouya dönmüş iyrənc siyasətdən
Siz yazmadız zorlama adlanan cinayətdən
Siz yazmadız auksiyona qoyulmuş torpaqlardan
Yazmadınız qanımızı içən hegemon alçaqlardan
Siz yazmadınız xaosdan, terrordan, mafiadan
Yazmadınız körpə səsləri eşidilən pornoqrafiyadan
Yazmadız fahişələrdən, yazmadız peysərlərdən
Yazmadız mavilərdən, arvadın satan ərdən
Yazmadız spid virusu tutmuş məsum körpələrdən
Yazmadız uçurumlarda tikilmiş körpülərdən
Yazmadız bütün bunlara qarşı çıxan düşməndən
Siz tanımadız məni
Siz yazmadız məndən.


Qələm kağız mənəm
Düz deyən dil ağız mənəm
Yazılan hər sətir mənəm
Pozulan hər fikir mənəm
Fikri pozan silgi mənəm
Xəyanət və sevgi mənəm
Ayrılıqda qalan mənəm
Həqiqət və yalan mənəm
Yalanı doğru sayan mənəm
Qan içərək doyan mənəm
Tərəf o yan - bu yan mənəm
Dur yuxudan oyan mənəm
Panteist və sufu mənəm
Nəsimi hurufi mənəm
Laməkanın hərfi mənəm
Əla, yaxşı, kafi mənəm
Müsbət mənəm mənfi mənəm
Aşkar mənəm məxfi mənəm
Bəşəriyyətin səhvi mənəm
Külliyatın məhvi mənəm
Dünən, bu gün, sabah mənəm
Pak, batil, günah mənəm
Şeiriyyatın məmləkətinə hökm eyliyən şah mənəm
Vulqar söyüş söyən mənəm
Jarqon özünü öyən mənəm
Taxta qapıma əl vurmasan
Dəmir qapını döyən mənəm
Başlıqsız sətirlər mənəm
Son əsatirlər mənəm
İfa olunan notlar mənəm
Və bu son akkordlar mənəm

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά