20.12.2016
Lay-lay
30, Yasamal, Αζερμπαϊτζάν

Lay-lay Azərbaycan lay-lay

Ayılma yuxudan lay-lay
Mirzə, Cəlil çox çalışdı
Cavid, Müşviq lap alışdı
Cəfərimə vaxt çatmadı
Sabir səni oyatmamdı

Əsrlərlə yatan sənsən
Yata yata batan sənsən
Düşmənlərin içindədir
Biri gəlir biri gedir

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Üzeyirin torpağını
Ələsgərin gül bağını
Göz şirəsi axa axa
Qan gölüylə suvardılar

Rəhbərlərin oğlu yoxdu
Məzlumların oğlu çoxdu
Qoy qırılsın qara millət
Ola bilməz başqa söhbət

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Yardımların, bazardadı
Millət kasıb azardadı
Yaralılar bilməlidir
Pulu yoxsa ölməlidir

Bəziləri zor ad aldı
Sabun yaman tez azaldı
Milli məclis dramadı
Biletləri çox bahadı

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Gütdi əldən Şuşa, Laçın
Qapıları tay-tay açın
Xankəndidən yoxdur xəbər
Qubadlıdan qalmıyıb əsər

Kəlbəcərin qızıl dağı
İsti suyu hər bulağı
Yağılara oldu qismət
Satan alan görür ləzzət

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Xocalını unutdular
Zəngilana şər atdılar
Millət qalxmır xalq narazı
Çəkin bu daş, bu tarazı

Cəbrayılda oldu işğal
Düşmən orda qurdu manqal
Şəhidlərin artır sayı
Qurtarmadı torpağ payı

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Həm Füzuli birdə Ağdam
Çadırlarda yandırdı şam
Qazaxı dinc qoymayırlar
Xəta bizdən olmur kənar

Amonçular qəhrəmandı
Düşmənlərin ağladandı
Yayıb şehin ətrin izin
Bilən bilir qədrimizi

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Ali sovet qolun çəkdi
Təzə sərhəd yolun çəkdi
Təhqir oldu şəhidlərin
Bir azda yat şirin-şirin

Güya bunlar demokratdı
Düzün demək təxribatdı
37 gəlir dala
Yavaş-yavaş, bala-bala

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Sənətkarlar köçür gedir
Sanki Bakı ölür gedir
Ziyalılar dözə bilmir
Şəhərində gəzə bilmir

Qıçın qolun itirənlər
Küçələrdə dilənənlər
Verdiyin pul çatmır ətə
Yeyən yeyir hər gün kətə

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Sözlər gözəl əməl başqa
Qanun başqa təməl başqa
Halal olsa var dövlətin
Halallaşar bu millətin

Milləlt-millət deyənlər çox
Millət malı yeyənlər çox
Yerlibazlıq qalxdı yenə
Gilə-gilə, dənə-dənə

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Yer kürəsi oyağ oldu
Bir birinə dayağ oldu
Sənin kimi yatan yoxdu
Torpağını satan çoxdu

Yananda biz yamanda biz
Ölən, şikəst qalanda biz
And verirəm tək allaha
Bəsdir yatdın ayıl daha

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

 
Σχόλια
Qraciano 23.12.2016

Gozel weirdir lakin bu misralari tesuf ki weyriyat xatirine qebul edenlet coxdur cunku bizim milletimizde vetenperverlik ruhu cox awagi seviyededir.

Rainfall 12.01.2017

:-(

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά