REPƏ QULAQ ASMA
30, Yasamal, Αζερμπαϊτζάν

Yolun qırağı ilə gedir qaqaş

Əlində diplomat
İti addımlar avtomat
Gözündə linza eynək
Qara nöqtə köynək
Hamıya örnək
Ütülü, bir az qısa şalvar
Babasından yadigar saat
Xalasından hədiyyə ətir
Hərəkətlər narahat
Səliqəli bağlanmış qalstuk
İstidən beyin stuk
Mammini snoçik
Üz gözü totuk motuk
Baklar qulağının dibində
Kantofka təmiz
Saçlar daranıb sığallanıb
Bığları biz biz
Səssiz səmirsiz instuta gedir
Qorxur gecikər
Məllim hirslənər onu döyər
Evlərinə zəng edər
Yolu keçir piyada keçidinnən
Qırmızı işığı gözdüyür
Qızlara baxmır əksinə
Qızlar onu izliyir
Tələbə yoldaşları
Bizim intellegentdən şübhələnir
Bəlkə oda nəsə
Gecə bulvarda şellənir
Qızlar ona gülür
Tuturlar tez tez prikola
Amma o alicənabdır
Özünü qoymur axırıncı yola
Müraciət edir sizlə
Təpəsinə qoysan karnizlə
Çevrilib üzr istiyər
Günahkar sakit bənizlə
Bilirsiz niyə o belədir?
Bilrsiz söhbət necə
Valideyinləri ona
Bu sözləri deyib yatmazdan öncə
Oğlum repə qulaq asma
Ayıbdı olmaz
Rep bizim milli mentalitetə
Heç cür yaraşmaz
Gecə yatanda yuxuva girər
Ordakı sözlər
İzlər səni pis vərdiş
Bala özüvü gözlə
İkinci qəhrəman
Yazıq evdə itib batıb
Məhləyə çıxmır
Atıb kitab dəftər önünə oxuyur dərs
Axşam on olmamış kəsilir səs
Otaqdan eşidilir aramla alınan nəfəs
Bəs onun günü necə keçir
Qaqaşın baxacağı kanalları atası seçir
Xəbərlər istisna halda uşaqlar üçün verlişə baxacaq
Axşam 10 olmamış sağollaşacaq və yatacaq
Evə qonaqlar gələndə
O təzə paltar geyinir
Ailəliklə şəhərə çıxırlar
Urrra o sevinir
Saqqız çeynəmir
Kariyesdən qorxur
Dişlərin 4 saatdan bir yuyur
Anasının səsin
Küçədə 5 km dən duyur
Evə yeməyə çağırıllar o qaçır
Mamanın qaranquşu
O qanadlanıb uçur
Məktəbdə insan biologiyası dərsində o qızarırdı
Qorxurdu kitabı partanın altına soxurdu
Duruxurdu cinsi yetişkənlik haqqında eşidəndə
Şəkilləri görəndə
Qızlar ona baxıb güləndə
İnternetin nə olduğun bilmir başı ağrıyır
Evdə 98 ci il versiya dendi oynuyur
Onun kumiri mario, cırtdan, qaqaş, fanat
Cizgi filminə baxdın oğlum indi get yat
Onuda başa düşün
Bilirsiz o böyüyüb necə?
Valideyinləri eyni sözləri deyiblər
Yatmazdan öncə
Oğlum repə qulaq asma
Ayıbdı olmaz
Rep bizim milli mentalitetə
Heç cür yaraşmaz
Gecə yatanda yuxuva girər
Ordakı sözlər
İzlər səni pis vərdiş
Bala özüvü gözlə
Yeri var yerivar
Yerlə sürünən balaqlar
İki gündən bir uklatka
Beşgündən bir tayski masaj
Gəlir mesaj
Heç vaxt olmur mandraj
Tamam ayri nə qaqaş
Açmırıq baş
Diribaş şəhər uşağı CD pleyr hip hop
Onun dostu küçə musiqi basketbol top
İntim şop onu tanıyır çoxdankı muştəri
Qızların nömrələri adresləri şəkilləri
Diskotekada onu taparsız əgər itisəz
Haradasa görsəz bilsəz
Kimnənsə eşitsəzki
O yoxa çıxıb deməli nəsə iş var
Emaildə saysız hesabsız
Göndəriş bildiriş var
Evdə tapılmır 12 dən 24 00-a qədər
Uşaq baxçasına getmiyib
Çünki hesab edir hədər
11 il oxuyub məktəbdə
Hərgün bir dəbdə
Məllimlər dərsdə
Valideyinlər üzün görmüyüb evdə
Bilirsiz niyə belədir?
Bilirsiz söhbət necə
Valideynləri aşağıdakı sözləri
Demiyib ona yatmazdan öncə
Oğlum repə qulaq asma
Ayıbdı olmaz
Rep bizim milli mentalitetə
Heç cür yaraşmaz
Gecə yatanda yuxuva girər
Ordakı sözlər
İzlər səni pis vərdiş
Bala özüvü gözdə

 
Σχόλια
YAGMUR-DAMLASI 14.11.2015

xeyli guldum ))))))) *THUMBS UP*

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά