06.05.2011
UNUDUM? NECE?
37, Baku, Αζερμπαϊτζάν

Bəzən özündən xəbərsiz sevərsən ...Qarşılığı olmadan sevərsən...
Ümidlə gözləyərək sevərsən...Qarşılıqsız sevginin ağrısı hər gün damla-damla dolar ürəyinə...
Günlər keçdikcə o sənin ürəyinin ən dərinliyində məskən salar.
Çünki ağrını daha dərindən hiss edirsən...Bəzən düşünürsən layiq deyil sevgimə unutmalıyam...
Bəzən ətrafdakılar sənin süni gülüşünü görərkən səni bu sevginı unutmağını istərlər.

Onların sözləri sanki bütün həqiqətləri sənə sübut edir.
Ən əsası sənin bildiyin lakin qəbul edə bilmədiyin həqiqətləri qılınc kimi yaranın
üstündən keçirərlər.O həqiqətlər ki, qarşılıqsız sevgini sənin ağlında,ürəyində,düşüncəndə,
ümidində, xəyalında,arzunda əks etdirir...Sonra sən də anlayırsan ki bu sevgini unutmalısan.

Sənə,sevginə layiq olmayan birini qəlbindən,ürəyindən,ağlından silməlisən...
Günlər keçsə də ürəyindəki nə sevgi nə ağrı azalmayır, düşüncəndəki onun varlığı itmir...
Ətrafdakıların ərköyün gülüşləri ilə " Sən hələ unutmadın?" sualları gözünün önündə onu canlandırır..
Ağlın daha sərt şəkildə söyləyir "Unutmalısan".
Sanki ürəyində artıq anlayır ki ,unutmalıdır...Amma...

Gəlin təsvir edək ki,ürəyimiz pilləkənlərdən ibarətdir.
Ən yuxarı pilləkəndən başlayaraq ürəyin ən dərinliyinə pillə-pillə enək.
Ən yuxarı pillə -"Unutdum artıq, mənim sevgimə layiqli deyildi" söyləyir
Bir pillə aşağı enək -"Artıq düşünmürəmki ..." söyləyir
Bir pillə aşağı enək -"Unudacağam,bacaracağam, unudacağam" söyləyir...
Bir pillə də aşağı enək -"Unutmalıyam? Niyə? Məni sevmir deyə?"söyləyir...
Bir pillə də aşağı enək -"Hələ də ümidlə gözləyirəm" söyləyir
Son pilləyə ürəyin ən dərinliyinə enək -"Mən hələ də onu sevirəm..." söyləyir

Bəzən biz unutdum desək də ürəyimizin ən dərinliyində bunu qəbul edə bilmirik...
Ürəyimizin dərinliyində bir ümid yaşayır...O ümid hamıdan gizlənir...
Hətta özümüzdən belə gizlənməyi bacarır...
Bəlkə də o gizlənmir sadəcə biz axtarmayırıq...
Oyundaki kimi o gizlənir biz isə axtarmaq əvəzinə gözümüzü yumub gözləyirik...gözləyirik...

 

 
Σχόλια
jale--85 06.05.2011

unutdum demek onu daim xatirlamaqdir.gozel sozlere gore tewekkur.

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά