Nə tez unutdun
25, Sumgayit, Azerbejdžan

Nə tez unutdun
Ay sevən, məni?
Yeni yar umdun
Sevgin böyləmi?

Demək bilmirsən
Nədir məhəbbət,
Yə'qin sevmirsən
Bilərdin əlbət.

Pərvanə üçün
Şam da əriyər,
Yandırar özün
Başından keçər.

Demək bu, eşq yox
Ötən hiss imiş,
Məcnun deyən çox
Məcnun deyilmiş.

Bir Leyli üçün,
Yandı mum oldu.
Öldürdü özün
O, Məcnun oldu.

15 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta