Dünya,sənə bica
düşdüm,bilmirəm ,
Hansı tənə necə düşdüm,bilmirəmGündüz düşdüm,gecə
düşdüm,bilmirəm ,
Sevda adlı kor həvəsdə
bulundum,
Bir damlaydım,dar qəfəsdə
bulundum.
*
Dörd ay keçdi,can
verildi,duruxdu m,
Altı ayda acı çəkdim,karıxdım ,
Doqquz ayda vaxtım
çatdı,darıxdım,
Çölə çıxdım,heyrətim dən
bağırdım,
Heç bilmədim anam
kimdi,çağırdım.
*
Üç yaşımda bağladılar belimdən,
Yıxılırdım,anam tutdu əlimdən,
Nə danışdım bal töküldü dilimdən,
Çırtma vurub əl çalana oynadım,
Həm doğruya,həm yalana
oynadım.
*
Yeddi yaşda qandım,dərsə
başladım,
Hikmət ilə boğazımı yaşladım,
Doğru nədir,barmağımı
tuşladım,
Naxış naxış zinət vurdum ağlıma,
Kəlamlardan saray qurdum
ağlıma.
*
On beşimdə içərimdən qaynadım,
Anlamadım,nə caldılar oynadım,
Qızılgülü tazə tərkən iynədim,
Xəyalımda qurub şahlıq taxtımı,
Ha gözlədim açan aça baxtımı.
*
İyirmidə sevda mənə tuş oldu,
Gönlum uçdu,səmalarda quş oldu,
Gecələrim,gündü zlərim xoş
oldu,
Şərbətimi bir nəfəsə içirdim,
Nəfəsimi kəsə kəsə içirdim.
*
Otuzumda nələr düşdü eynimə,
Evliliyi yük eylədim çiynimə,
Nə bəyəndim onu taxdım
əynimə,
Həyat nəymiş,yavaş yavaş
anladım,
Səhv elədim,öz özümü danladım.
*
Qırx yaşımda həvəs gəldi canıma,
Kimlık ruhum devr elədı qanıma,
Mərifətim möhür vurdu şanıma,
Sayğın oldum imanımın xətrinə,
Ədəbimin, ərkanımın xətrinə.
*
Əlli yaşım haqqdan ömür butası,
Elə yaşdı düzəlməyir xətası,
Son qapıdı dəstəyindən tutası,
Açıb gördüm fələk baxır o üzdən,
Tufan qopur, şimşək çaxır o
üzdən.
*
Altmışımda nə tikmişdim,sökül
dü,
Xəzan dağı ürəyimə çəkildi,
Yarpaqlarım bircə bircə töküldü,
Həzin həzin ağlar oldum içimdə,
Nəyim varsa saxlar oldum içimdə.
*
Yetmişimdə ölüm məni haxladı,
Bir oramı,bir buramı qoxladı,
Yola çıxdım,yarıyold a saxladı,
Qəddim əydi,azar endi canıma,
Nə dost,nə də qardaş gəldi
yanıma.
*
Bir gün oldu,fələk yumdu
gözümü,
Çiyinlərdə yola saldım özümü,
Zaman sildi olan qalan izimi,
Şəkil oldum,divarlara düzüldüm,
Nöqtə nöqtə mezarlara çizildim.
*
Ömür yoldu,səyahəti var onun,
Nağılı var,hekayəti var onun,
Bir gün bitər,nəhayəti var onun,
Nə əvvəldi,nə axırdı, bilinmir,
Kim yumurdu,kim baxırdı,bilinmir.
***
Još nema komentara.
Ostavi komentar, započni diskusiju!