Biləydim  bu  saat  nə  düşünürsən......(R.Zəka)
40, Baku, Azerbejdžan

Bir il bundan əvvəl bu gün görüşdük

Biləydim bu saat nə düşünürsən.
Neyçün ay sevgilim biz ayrı düşdük
Biləydim bu saat nə düşünürsən.


Məndən ayrı vuran nəbzlərinlə
Uzaqdan - uzağa qəlbimi dinlə.
Bircə min dil bilən o gözlərinlə
Biləydim bu saat nə düşünürsən.


Aldın sevincimi unutdun nə qəm
O gün unudulmaz,o gün bir aləm.
İnanki, heç nəyi bilmək istəməm
Biləydim bu saat nə düşünürsən.



Taqət yoxa çıxıb, qalmayıb əsəb
Bir yandan yalvarış, bir yandan qəzəb
Sən ki, sevgilini atdın bisəbəb
Biləydim bu saat nə düşünürsən.

11 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta