18.08.2011
yoxdusa
37, Əzizbəyov, Azerbejdžan

Göz yaşını axıtmağa dəyərmi?
Sonunda bir güləcəyi yoxdusa.
Hər görüşə sevgi demə, əzizim,
Əgər onun gələcəyi yoxdusa...

Hər gül altda gizlənənə köz demə,
Hər xatirə qırığına iz demə.
Hər ürəkdən kövrək nəğmə gözləmə,
Sarı simdə dinəcəyi yoxdusa...

Oda salsan, buz bağlayıb donacaq,
Əldən uçdu, yad budağa qonacaq.
Könül versən, nə qiymətə alacaq?
Könül qədri biləcəyi yoxdusa...

Ucaltdığın kiçiləndə görəsən,
Əriyərsən gözün görə-görə sən.
Süfrəsinə nə qoyacaq görəsən?
Sənnən tikə böləcəyi yoxdusa...

Demə mənə: nələr gəlir ağlıma,
Vay onda ki, qara səndən ağ uma.
Ürəksizə ürək verib ağlama,
Bir gün sənsiz öləcəyi yoxdusa...
 

5 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta