Blog


19.01.2017
kingleon
30, Yasamal, Azerbaycan

Baxıram mən sənə hərdən o qədər iyrənirəm,

Sənlə qaldıqım şəhərdən o qədər iyrənirəm..

Hara baxsam səni görrəm hara getsəm yenə sən,
Açılan sübhi-səhərdən o qədər iyrənirəm...

Qarşilaşsaq demə ki,söylə neyləmişəm sənə,
Verdiyin qüssə-kədərdən o qədər iyrənirəm..

Nədir eşq söyləsənə bircə denən açmasını,
Düşünüb düşüncələrdən o qədər iyrənirəm..

Sənə kaş anlada bilsəm bu könül sevdasını,
Sözümün bitdiyi yerdən o qədər iyrənirəm..

Mənə zərgər dedilər dərdimi heç sormadılar,
Nə qədər diyimki zərdən o qədər iyrənirəm..

Dənizin seyrinə çıxdım ki,bir az dərim nəfəs,
Adam udmuş o Xəzərdən o qədər iyrənirəm..

Elə yaz şeirini şair xiridar söyləməsin,
Süleymanam mən,bu əsərdən o qədər iyrənirəm..


22.11.2015
kingleon
30, Yasamal, Azerbaycan

Salam hər vaxtınız xeyir əziz tamaşaçılar


Nə az nə çox nə var nə yox
Bu gün bizim ölkədə
Bildiyiniz və bilmədiyiniz bəlkədə
Bu günki iç xəbər proqramında
İç xəbərdə ən dürüst dəqiq qərəzsiz iç xəbərlər
Ölkədə gedən inkişaf və qara camaatdan gələn gic xəbərlər
Bu gün eşidə biləcəksiniz
Kim kimin çörəyinə bais oldu
Kimin işi yaxşı kimin işi dahada pis oldu
Kim kimi vurdu qırdı
Kim çıxdı işdən kim keçmişdən edir ehtiyyat
Kimlərə güc gəlib ehtiyac
Kimlər tox kimlər ac
Dəyişibdi havalar olkədə yaman
Bir gün hava soyuqdu bir gün hamam
Elə bil inciyib bizdən yarandan
Əlinnən gələni beş qaba çəkir
Təəssüf ki boş qaba çəkir
Boş qablarda dolmurki dolmur
Dolmayan şeydəndə
Nə qarın tox olmur nədə göz
Söz o nə…


22.11.2015
kingleon
30, Yasamal, Azerbaycan

Yazsın qəzetlər desin radio televiziya bütün media

Yorğun qara gözlərin gözəllikləri müasir poeziya
Yayılsın şöhrəti xəbər tutsun amerika avropa bütün asiya
Ən gözəl gözlər olsun dünya üçün bundan sonra sensassiya
O qəşəng gözlərin böyümüş bu elin acısıyla qərqolub gedib dərinə
Bir azcada uşaqlıq şıltaqlığı dəcəlliyi hopmuş gözlərinə
Dərinində bir od var axtarıb öz eşqini hər səhər durub təzədən
Bu odun istisiylə yanan qızları keçirmək istədim yenə nəzərdən
Gənc dostum məni baxışlarınla qarşılayırsan
Süzüb süzüb çox arzulayırsan
Dilim düzün deyə bilmir
Canım deyir səni sevir
Bu seiri deyəcəm hər yerdə
Əzbərlədəcəm o gözləri
Bütün dünyaya şöhrətli edəcəm
Bir şerəirə belə sığışmayan aləm
Mən səni sevirəm


10.03.2016
kingleon
30, Yasamal, Azerbaycan

Küləklər şəhəri onun adı Bakı

Günəşli səhəri, boranlı axşamı
Yayılır hər yerə onun adı sanı
Yalnızca tanınan yer Qız Qalası
Xəzər dənizinə sən olmusan bənd
Bəzi yerlərin fərqlənmir şəhər, kənd
Gənclərin passivdi, yaşlıların ləng
Həkimi, polisi, müəllimi hamısı həmrəng
Kor oldu gözünüz görmədi heçnə?
Söküldü abidələr nə tikildi yerinə?
Kitab evi bağlanıb yerinə açılır club
Taptalanır azadlıq, taptalanır hüquq
İçərişəhərdə yaşayır əcnəbi
Qarabağdan öncə ver mənə şəhəri
Sənin nə günahın vardıydı, ay Bakı?
Canım sənə qurban olmasın vay Bakı.

Salam Bakım, şəhərim necəsən?
Bu gün də sənin görüşünə gəlmişəm
Danış mənə varmı dərdin?
Nədir axı səni bu qədər qocaldan?
Dəyişib yolların aparmır daha həminki doğma küçələrə
Gözləmirəm artıq qışı ki, qayıdaq bir də tamam əvvələ
Yox yoxdu köhnə pəncərəm yerində indi hündür…


kingleon
30, Yasamal, Azerbaycan

Sevirdim sevgini,dəyişdim xəyanətə,
Dahi əsərləri sevirdim,dəyişdim cəhalətə.
Sevirdim əl uzatmağı,dəyişdim zərbəyə,
Sevirdim sülh yaratmağı,dəyişdim müharibəyə.
Sevirdim bayramları,dəyişdim faciələrə,
Sevirdim şokoladı,dəyişdim fahişələrə.
Atdığım addımlar baxmadan ardıma,
Sürətimi dəyişdirdim təcili yardıma.
Hər sətirdə vergül qoyurdum dəyişdim nidaya,
Sevirdim görüşləri,dəyişdim əlvidaya.
Sevirdim arzuları,dəyişdim dəyişdim qəbrlə,
Sevirdim danışmağı,dəyişdim sətirlə.
Sevirdim dürüstlüyü,dəyişdim bəhanəyə,
Sevirdim gülümsəməyi,dəyişdim qəhqəhəyə.
Agressiv satira, tənqid yazılır hər xanaya,
Mən sevirdim cəmiyyəti,dəyişdim dəlixanaya.

Sevirdin sevgini sən,dəyişdin ehtirasa,
Mən gedəndə yazılarım dönəcək mirasa.
Qardaşım, çox ayağımın altını qazan var idi.
Deyərsən, Azərbaycanda belə yazan var idi!
(canavar) Yox! Mən adi bir insan olardım,
37-də yaşasaydım,repressiya qurbanı olardım.
Sevirdim yenilikləri,dəyişdim köhnələrə,
Uşaq meydançalarını,dəyişdim səhnələrə.
Həyatım düz gedirdi,mən dəyişdim tam əksinə,
Məktəbdə sevgi məktubunu,dinləyici sms-nə.
Söz tapmayanda yazmamışam Lyaka’dan,Lika’dan
Nə Premyer-Liqa’dan nə də ki super chikadan
Bir az aqressiya,lirika bir az satira
Varlığım bənzəyir…


20.03.2016
kingleon
30, Yasamal, Azerbaycan

Mənim xalqım sevir süni şeyləri

Sünidi işləri, yasları, toyları
Mənim millətim azaraq yolları
İlişir əlləri tikanlara, kollara
Saxta brend markası, saxta maşında
Saxtakar fikirlər saxta başında
Süni gülüşləri ailəvi albomun
10 manat ucuza alır saxta telefonu
Saxta qiymətlərlə bitir məktəbi
Kimə dəyəcək ziyan ay yazığ, tək sənə
Saxta SMS`lərlə qazan sevgini
Kimə danışırsan yalan, tək özünə
Tök haram qəndi kəm-şirin çayına
Aldat hamını, heç kimi sayma
Və əgər saxtakar kömək istəsə
Bilsin ki, gəlməz heç kəs harayına


11.12.2011
kingleon
30, Yasamal, Azerbaycan

Yadımdadı hər sözün necə yalvarırdın getmə

Diz üstə sürünüb ətəyimnən tuturdun getmə
Yalvarırdınki mənsiz yoxsan bu dünyada
Mən isə səfeh inanirdim hər sözünə
Gic kimi qayıdıb səhfi axtarırdım içimdə
Həvəslənirdinki günah məndədi bu dəfə
Hər dəfə bunlar olurdu hər dəfə
Nə badə deyəsənki bu son dəfə
Bəs deyildi dırmaşırdın qızıl dağlarına
Dartırdın məni bu ağciyərlərin kruqlarına
Bəs demirdim sənə bəsdi yoxdu haqq orda
İnanmırdın deyirdin ziyankar mənə
Mütləq hər paltarın düşməliydi gözdərə
Bu varlı plastik kuklaların dillərinə
Mütləq hər kəs deməliydi mütləq
Kəpənəkdən dönüb olmuşdun milçək
Evlər onlarınki nə daş nə qumdu
Əzəlin təməlin tərkibi mumdu
Bir gün şam alışacaq əzizim
O gün hamısı mənim balam əriyəcək əzizim
Bilirdin ki bu həyatda hər şey nəsib olmur
Bilirdinki…


21.06.2011
kingleon
30, Yasamal, Azerbaycan

Bu gün bazar günü maşın təmizdi

Şellənib bu gün dənizə girməy əzizdi

Pulları sayan papamdı birdə inqilisdi

Sevdiyim şəhərim yox parisdi

Əl verən bir iki deyil çox qızdı

Saqqızdı mızmızdı

Ver ay papa pul ay papa

Cibimdəki şeyrim təmizdi

Kim deyir çəki gəlib 100%0-dir

Yoxluyub bölməyə aparan polisdi

Qarşımda oturan qız deyil rəisdi

Zəng elə işim çox çox qəlizdi

Zəng vur papa nolar papa

Dostumun maşını baha məndə zəifdi

Ver ay papa ver ay papa

Qızımın geyimi bahar məndə payızdı

Ver ay papa ver ay papa

Qonşu toyunda dəyiman bizdəysə elarizdi

Ver ay papa pul ay papa ver

Məni tox edən qarın deyil ağızdı

Papa xəstə oldun çox yersizdi

Nigaran qalma çayıvı iç isti isti

Havalar…


kingleon
30, Yasamal, Azerbaycan

Növbəti gün dağılmış imperiyada

Kor adam, virus artıq artileriyada
Dözmək çətindi sanki günəşə baxırsan
Gözlərin qamaşır eynək taxırsan
Yumursan gözlərivi çox şeyə
Sənə aid olmayanda vur görməməzliyə
Bilki müftə yalnız nağılda pendir olur
Çox vaxt məmur cinayətkarla əlbir olur
Neftimiz hara axır ço adam anlamır
Fəhlədə kəmərə deşik vurur amma varlanmır
Simalar dəyişir şir dil açır
Yırtıcılar vergilərdən qaçır
Vəzifə uğrunda qətl olunur qürur
Var məmur dalı başınnan uca durur
Əslində hər kəsin öz qiyməti
Əxlaqla yox məbləğlə ölçür hörməti

Var qanımızda bir infeksiya
Tapılmaz ona bir dezinfeksiya
Kondensiya repressiya
Az miqdarda olan bizdə pensiya
Qatdalanıb dildə efilepsiya
Yuxardan aşağı düşmür ereksiya
Beynimdə qızın yanı aqqressiya
İmpotensiya korrupsiya

Fikirdən gecəni yatmıyan məmur təstiq edər
Necədə qəddardı sistem və onu yaradan xadimlər
Səsləri boğur paslanmış zəncir
Yalan…


kingleon
30, Yasamal, Azerbaycan

Mənim itim var amma zəncir yox

Qalxanım var amma xəncərim yox
Variymış atım nalları yox
Belimdə cinlər mələyim yox
Ev eşiyim həyat yoldaşım yox
Maraqlı ömür amma yaddaşım yox
Dərvişəm mənim sirdaşım yox
Cahannan çıxan sözüm sınaqdır

Mənim saqqalım var imanım yox
Bu gün yaşıyıram sabaha gümanım yox
Qaynayır qazan qapağımız yox
Var qeyrətimiz papağımız yox
Qarnımız doyub gözümüz yox
Hamı günahkardı özümüz yox
Torpaqları qaytarmağa ... ƏŞİ NƏYSƏ

Ayağlarım qırıldı dəryada qaldım
Həqiqəti bazarda böhtana satdım
Bəlkə fil qulağında göz açıq yatdım
Sevgi qazandım dərdlərim artdı

Mənim sualım var ona cavab yox
Mənim günahim var amma savab yox
Kürəyimdə ağırlıq amma əzab yox
Cahandan çıxan sözüm sınaqdı


ƏZİYYƏTƏ HÖRMƏT ƏLAMƏTİ OLARAQ ŞƏRH YAZIN


Blog
Bloglar 5 dakikada bir güncelleniyor