Toy Gecəsi və Müstəhəb Əməllər
30, Sumgayit, Azerbaidžan

Toy Gecəsi və Müstəhəb Əməllər

1. Namaz: Müstəhəbdir ki, bəy və gəlin toy gecəsi dəstəmaz alıb iki rəkət namaz qılsın, Allaha şükür edib, Peyğəmbər (s.a.a.) və o cənabın Əhli - Beytinə (a.s.) salavat göndərsin, Allaha dua etsinlər ve gələcək həyatları üçün Ondan xeyir - bərəkət diləsinlər.

2. Dua: Allahummərzuqni ilfəha ve huddəha ve rizaha , vərzini biha vəcmə bəynəna bi əhsəni ictimain ve anəsi itilafin, fəinnəkə tuhibbul-həlalə ve təkrəhul-həram. Kişi bu duani oxuyarkən qadın amin desin.
Bu zaman belə evlilik İlahi rəng alır, qadınla kişi arasındakı məhəbbət ve baglılıgı şəhvətlə məhdudlaşmaqdan saxlayır. Aydın məsələdir ki, evlilikdən bir müddət sonra insandakı şəhvət hissləri əvvəlki günlərə nisbətən zəifləyir. Bu zaman evlilik İlahi məhəbbət və meyara soykənməmişdirsə, ailə özülləri günbəgün sarsılmağa başlayır.

3.Bərəkət suyu: Əziz İslam Peyğəmbəri (s.a.a.) buyurub: Elə ki, gəlin sənin evinə daxil oldu, ayaqqabılarını çıxart, ayaqlarını yu və suyunu evin ətrafina səp. Eger bu cür etsən., Allah-Təala (c.c.) yetmiş min yoxsulu sənin evindən xaric edib yetmiş min bərəkəti sənin evinə daxil edər.
 

34 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti